“Azərmetalinvest” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 27 iyun 2026-ci il, saat 11.00-da Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi: 1. Cəmiyyətin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair illik hesabatlarının müzakirəsi və təsdiqi; 2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən mənfəətin bölüşdürülməsinin müzakirəsi və təsdiqi; 3. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə materiallarla Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: +994505692148