Bakı şəhərində fəaliyyət göstərən "Azimat Trading" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1703474761, hüquqi ünvan: AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 38, m 27) təşkilati-hüquqi formasını dəyişərək "Azimat Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini və bu səbəbdən bütün qiymətli kağızların (səhmlərin) dövriyyədən çıxarıldığını elan edir. Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi AZ1001025274, adi, sənədsiz adlı səhm, nominal dəyəri 10,0 (on) AZN, ümumi miqdarı 200 (iki yüz) ədəd təşkil edir. Qiymətli kağızların geri satın alınması nəzərdə tutulmamışdır.