Yevlax Kəndtəchizat ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası 16 iyun 2026-cı il tarixə saat 10:00 təyin olunmuşdur. İclas, AZ 6600 Yevlax rayonu, Yevlax şəhəri, Nizami ev 02 ünvanda keçiriləcəkdir. Cəmiyyətin səhmdarı kimi həmin iclasda iştirak etməyinizin zəruriliyini nəzərə alaraq,göstərilən vaxtda həmin ünvanda olmağınızı xahiş edirik. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: Yevlax Kəndtəchizat ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək,ərizənin təmin edilib edilməməsi barədə qərar qəbul edilməsi; Yevlax Kəndtəchizat ASC-nin Ləğvetmə komissiyasının tərkibini təsdiq etmək; Yevlax Kəndtəchizat ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək; Yevlax Kəndtəchizat ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi. Yevlax Kəndtəchizat ASC-nin İdarə Heyətinin sədri Fərmanov Turan.