10 iyun 2026-cı il tarixdə, saat 09:10-da, Şəmkir rayonu, Şeyidlər kəndi ünvanında, Cəmiyyətin inzibati binasında “Şəmkir Tikinti Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir: 1. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi; 2. Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin seçilməsi; 3. Müşahidə Şurasının sədrinin seçilməsi; 4. Cəmiyyətin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi; 5. Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 626 56 01 mobil nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.