2026-cı il iyunun 01-də saat 10:00-da Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22 (yeni ünvan qaydalarına əsasən: Bakı şəhəri, Xətai rayonu, Əkbər Pənahov küçəsi, bina 22 ) ünvanda yerləşən Cəmiyyətin inzibati binasında “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Səhmdarların növbəti Ümumi Yığıncağının gündəliyinə aşağıdakı məsələ daxil edilmişdir: 1. Cəmiyyətin 2025-ci il üçün illik (emitentin idarəetmə hesabatı) və maliyyə hesabatları barədə; İzah olunur ki, səhmdarlar Cəmiyyətin icra orqanı vasitəsi ilə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək, gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər. Mövcud olduğu təqdirdə Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təklifləri və istənilən digər müraciətləri səhmdarlar yazılı təqdim etməlidir. Hazırlıq hərəkətləri qaydasında növbəti Ümumi Yığıncağın çağırılması ilə əlaqədar səhmdarların qəbulu Cəmiyyətin İdarə Heyətinin Sədri tərəfindən hər gün saat 14:00-dan 16:00-dək həyata keçirilir. Ümumi Yığıncaqda iştirak edən səhmdarlar bir qayda olaraq şəxsiyyət vəsiqəsini, səhmdarların nümayəndələri isə bir qayda olaraq şəxsiyyət vəsiqəsi və etibarnamə (etibarnamədə müvafiq səlahiyyətlər göstərilməklə) təqdim etməlidir. Əlaqə telefonları: (012) 491-55-01/02 (daxili: 43 ); Mobil telefon vasitəsi ilə əlaqə və İKT olan "watsap" proqramı vasitəsilə əlaqə üçün (+99450) 365-66-76. Elektron poçt ünvanı: [email protected] Poçt yazışmaları üçün ünvan: AZ 1003, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 2A, ofis binası, birinci mərtəbə (Cəmiyyətin Müşahidə Şurasının yerləşdiyi inzibati bina). İdarə Heyəti.