“Mingəçevir Texniki Rezin” ASC-nin (VÖEN: 2700190031) səhmdarlarının növbəti ümumi yığıncağı 01 may 2026-cı il tarixdə, saat 12:00-da Mingəçevir şəhəri, Samux küçəsi, 15, “Mingəçevir Texniki Rezin” ASC-nin inzibati binası ünvanında keçiriləcəkdir. İclasın gündəliyində aşağıdakı məsələlər durur: 1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması; 2. “Mingəçevir Texniki Rezin” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi; 3. “Mingəçevir Texniki Rezin” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi; 4. “Mingəçevir Texniki Rezin” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən dilməsi); 5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması; 6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əks halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq. Əlaqə telefonu: (050) 310-60-20.