11 aprel 2026-cı il tarixində, saat 10:00-da "OĞUZ-MƏİŞƏT" ASC-nin AZ4800, OĞUZ RAYONU, OĞUZ ŞƏHƏRİ, ƏZİZBƏYOV, ev 7 ünvanında yerləşən inzibati binasında Cəmiyyətin Səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir: 1."OĞUZ-MƏİŞƏT" ASC-nin ləğv edilməsi; 2. "OĞUZ-MƏİŞƏT ASC-nin səhmlərinin dövlət qeydiyyatından çıxarılması; 3. Cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi; 4. Əmlakın Cəmiyyətin balansindan çıxarılması; 5. Ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi. Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır. Yığıncaq saat 10:00-da başlanır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəniz təqdim olunmalıdır. Səhmdarların növbəti ümumi yığıncağında şəxsən özünüz və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəniz iştirak edə bilər. Əlaqə telefonu: (+99455) 777-04-76