VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 12/11/2025 16:51
Ödəniş tapşırığı №: 0
"CPM-İnvest İnvestisiya Şirkəti" ASC
VÖEN: 1405409161

"CPM-İnvest İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı 15 dekabr 2025-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, "City Point Baku" ünvanında keçiriləcəkdir. Yığıncağın gündəliyi: 1. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi; 2. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi barədə müvafiq qurumlara müraciət edilməsi və məlumat verilməsi üçün səlahiyyətli şəxsin (onun tərəfindən etibarnamə verilən şəxsin) müəyyən edilməsi; 3. Cəmiyyətin 2026-2028-ci illəri əhatə edən Strateji İnkişaf Planının nəzərdən keçirilməsi; 4. Cəmiyyətin 2026-cı il üzrə büdcə parametrlərinin nəzərdən keçirilməsi; 5. Cəmiyyətin cari və təşkilati məsələlərinin müzakirəsi. Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar. Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz