“NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 08 oktyabr 2025-ci il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi: 1. Cəmiyyətin strateji layihələrinə dair müzakirələrin aparılması və müvafiq qərarların qəbul edilməsi; 2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi və müvafiq qərarların qəbul edilməsi. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.