VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 18/08/2025 18:05
Ödəniş tapşırığı №: 0
"SƏBA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
VÖEN: 5000021211

"Səba" ASC-nin Səhmdarlarının nəzərinə. “Səba” ASC-nin 18.08.2025-ci il tarixinə saat 15:00-a təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1. maddəsinə müvafiq olaraq baş tutmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.2. maddəsinə əsasən həmin Məcəllənin 107-1.8. maddəsində müəyyən edilmiş qaydada “Səba” ASC-nin 18.08.2025-ci il tarixinə saat 15:00-a təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən 19 sentyabr 2025-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir: 1. “Səba” ASC-nin Direktorlar Şurasının 2023-2025-ci illər ərzindəki fəaliyyətinə dair hesabatı və onun tərəfindən qəbul edilmiş qərarların müzakirəsi barədə; 2. “Səba” ASC-nin tək təsisçiliyi ilə təsis edilmiş “Qarabağ Taxıl Aqro” MMC-nin (Dövlət qeydiyyat № (VÖEN): 5001333151; dövlət qeydiyyatına alındığı tarix: 10.07.2025) nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması barədə; 3. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında. Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında yerləşən Cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər. Ümumi Yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər. Əlaqə telefonu: (+99450) 201 20 15 – Direktor (+99455) 215 08 60 – Hüquqşünas Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz