"CPM-İnvest İnvestisiya Şirkəti" ASC
VÖEN: 1405409161
"CPM-İnvest İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı 26 avqust 2025-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, "City Point Baku" ünvanında keçiriləcəkdir. Yığıncağın gündəliyi: 1. Cəmiyyətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi; 2. Cəmiyyətin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi; 3. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi; 4. Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi; 5. Yeni korporativ sənədlərin qəbulu, mövcud korporativ sənədlərdə dəyişikliklər edilməsi və bununla bağlı məsələlər; 6. Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar səlahiyyətli şəxsin və/və ya onun tərəfindən etibarnamə verilən şəxsin təyin edilməsi və müvafiq orqanlara/qurumlara müraciətlərin edilməsi. Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya +994506320201 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.