“Atilla Trans Servises A” Qapalı Səhmdar Cəmiyyətinin yeganə səhmdarının 12.06.2025-ci il tarixli qərarına əsasən Cəmiyyət Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi və Cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul edilib. “Atilla Trans Servises A” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat aşağıdakılardan ibarətdir: 1. emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer-“Atilla Trans Servises A” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN:1901768741), Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Şamaxı şossesi ev 40, mənzil 82; 2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi-12.06.2025-ci il tarixində qəbul edilmiş yeganə səhmdarın qərarına əsasən; 3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi- AZ1001025605; 4. qiymətli kağızların növü və forması- sənədsiz, adi, adlı səhm; 5. qiymətli kağızların nominal dəyəri- 1(bir) manat; 6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı- 2000 (iki min) ədəd; 7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi-bu məlumatın dərc edildiyi tarixdən etibarən 2 ay ərzində; 8. qiymətli kağızların satınalınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, geri ödənilməsi qaydası, və.s)-sənədsiz adi səhmlər dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcəkdir;