"Continental Construction and Industrial Co" ASC-nin səhmdarlarının nəzərinə! Bildiririk ki, 18 iyul 2025-ci il tarixində, saat 13:00-da, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında “Continental Construction and Industrial Co” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “Continental Construction and Industrial Co” ASC-nin 2024-cü il üzrə illik hesabatının müzakirəsi; 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərin müzakirəsi. Qeyd: Gündəlik üzrə əlavə məlumatları Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yerləşən ofisdə, həftənin bazar ertəsi – cümə günləri saat 14:00-dan 18:00-dək hüquqşünasa müraciət etməklə əldə edə bilərsiniz. Yığıncaqda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması zəruridir. Əlaqə telefonu: (055) 409-38-19