“Sumqayıt Aşqarlar” ASC-nin Rəhbərliyi bildirir ki, 29 iyun 2025-ci il tarixində, saat 10:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “Sumqayıt Aşqarlar” ASC-nin inzibati binasında Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə illik hesabat 2. “Sumqayıt Aşqarlar” ASC-nin Nizamnaməsinə əlavə və dəyişiklik edilməsi barədə 3. “Sumqayıt Aşqarlar” ASC-nin Direktorlar Şurasının Sədrinin və üzvlərinin seçilməsi 4. Təftiş komissiyası üzvlərinin seçilməsi Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır. Yığıncaq saat 10:00-da başlanır. Qeydiyyat üçün pasport və ya şəxsiyyətinizi təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların növbəti ümumi yığıncağında şəxsən özünüz və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəniz iştirak edə bilər. Növbəti ümumi yığıncağın gündəliyində duran məsələlər ilə əlaqədar Cəmiyyətin hüquqşunası N.İ.Behbudova müraciət edə bilərsiniz. Əlaqə telefonu: (051) 873-40-13 “Sumqayıt Aşqarlar” ASC-nin Baş direktoru S.Ə.Hüseynov