“24” iyun 2025-ci il tarixdə saat 11:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir: 1. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) ləğvetmə balansının təsdiq edilməsi. 2. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi. 3. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. 4. “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir) (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması üçün müvafiq qeydiyyat idarəsinə müraciətlə bağlı məsələlər. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz. Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.