“NORM” Açıq Səhmdar Cəmiyyəti VÖEN: 1400972921 “NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbəti ümumi yığıncağının iclası 19 may 2025-ci il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi: 1. Cəmiyyətin 2024-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin və idarəetmə hesabatının təsdiq edilməsi; 2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi. Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.