20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırılıb VİDEO

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsinin artırılmasıdır. 

Vergi ödəyicilərinin sosial – korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramlarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara cavab verən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb.

Dəyişiklik vergi ödəyicilərinin ictimai və sosial layihələrə maliyyə yardımları ayırmalarına maraqlarının, eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artırılması məqsədi daşıyır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?