19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hesablama metodundan istifadə edən vergi ödəyiciləri üçün icarə xərcləri və ödəmə mənbəyindən vergi tutulması

Hesablama metodundan istifadə edən vergi ödəyicilərinin icarə xərcləri və icarə haqqı üzrə ödənişlərdən ödəmə mənbəyində vergi tutulmasında həm sahibkarların,  həm də vergi ixtisası üzrə təhsil alan tələbələrin diqqət etməli olduğu bir çox məqamlar var. Mövzu ilə bağlı Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev “vergiler.az” saytına şərh verib:

Vergi Məcəlləsinin 136.1 maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

• vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
• maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
• əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun (VM 136.2).

Misal: Hesablama metodu ilə uçot aparan "A" müəssisəsi fərdi sahibkardan 1 sentyabr 2020-ci ildə aylıq icarə haqqı 1000 manat olan daşınmaz əmlakı 12 aylıq müddətə icarəyə götürmüşdür. Şərtə uyğun olaraq müəssisənin 2020-ci il üzrə icarə xərcini müəyyən edək: Vergi Məcəlləsinin 136-cı maddəsinin 3-cü bəndinə əsasən, əmlakın icarə haqqı ödənilərkən icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Şərtə uyğun olaraq "A" müəssisəsi daşınmaz əmlakı may ayında icarəyə götürmüşdür. Bu halda 2020-ci ildə onun icarə xərci sentyabr ayından başlanaraq hesabat dövrünün sonunadək aylar üzrə bölüşdürüləcək. Yəni hesabat dövrünün icarə xərci 4 ay üçün hesablanacaq və nəticədə icarə xərci 4000 manat ( 4 * 1000 ) olacaqdır. Hətta "A" müəsissəsinin icarə xərci üzrə kreditor borcu ( fərz edək ki sonuncu ayın icarə xərcini ödəməyib) yaransa da belə, onun icarə xərci 4000 manat olacaqdır.

Vergi Məcəlləsinin 99.3- cü maddəsinin 3-cü bəndinə əsasən, icarə gəliri fiziki şəxsin qeyri-sahibkarlıqdan gəliri hesab olunur. 124.1 və 124.2-ci maddələrə əsasən, fiziki şəxsin icarə gəlirindən əgər icarəyə götürən vergi orqanında uçotda olan şəxs olarsa, bu cür gəlirdən vergi icarəyə götürən tərəfindən ödəmə mənbəyində tutulacaqdır.

Buradan sual meydana çıxır ki, "A" müəssisəsi icarə xərclərini tam ödəmişdirsə, 2020-ci ildə icarə haqqından ödəmə mənbəyində nə qədər vergi tutub büdcəyə köçürməlidir?

Vergi Məcəlləsinin 150.1 ( 150.1.6) və 150.3-cü maddəsinə əsasən, icarə haqqı ödəyən fərdi sahibkarlar və ya hüquqi şəxslər “gəlirin ödənildiyi” rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borcludurlar.

Suala əsasən, "A" müəssisəsi III rübdə ( sentyabr) və IV rübdə (oktyabr, noyabr, dekabr) aylarında hər ay 1000 manat icarə haqqı ödəmişdir. 2020-ci ildə ödəmə mənbəyində tutulub büdəcəyə köçürülməli olan vergi məbləğinə gəldikdə, sentyabr ayında ödənilən icarə haqqından 140 manat ( 1000 * 14 % ) vergini III rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2020-ci ilin oktyabr ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir. Digər aylar, yəni oktyabr, noyabr və dekabr aylarının ödənilən 3000 manat icarə haqqından ödəmə mənbəyində tutulan 420 manat ( 3000 * 14 % ) vergini isə IV rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2021-ci ilin yanvar ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?