20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı sahibkarlar cari vergi arayışı təqdim etməlidirlər?

Hazırda rüblük hesabatların təqdim edilməsi davam edir. Eyni zamanda “Cari vergilərin hesablanması haqqında Arayış" da aktualdır. Vergi mütəxəssisi Dilqəm Göyüşov bununla bağlı bəzi diqqət çəkən məqamlara aydınlıq gətirib:

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər.

Burada diqqət olunası məqam maddənin əvvəlində qeyd olunan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən arayışın təqdim olunmasıdır. Bəs hüquqi şəxslər və fərdi sahibkarlar kimlərdir?

Fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Mülki Məcəllənin 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

O zaman, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyd olunan fəaliyyətlərlə məşğul olan) və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər "Cari vergilərin hesablanması haqqında Arayış"ı verməlidirlərmi?

Vergi Məcəlləsinin 151.1-ci maddəsində deyildiyi kimi, cari hesablamanı yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdırlar. Göründüyü kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin "Cari vergilərin hesablanması haqqında Arayış"ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni, "Cari vergilərin hesablanması haqqında Arayış"ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?