13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxrac təşviqi nəticəsində əldə edilən vəsaitlərin vergiyə cəlb olunması

Qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının artırılması məqsədilə atılan addımlardan biri də ixrac təşviqi proqramınının reallaşdırmasıdır. İqtisadçı ekspert Mahmud Abasquliyev bu proqramın işləmə mexanizmini şərh edir.

İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ixracatçıya ödənilməsi mexanizmidir. İxrac təşviqi bir sıra qeyri-neft məhsullarına şamil olunur. Bu məsələ Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 401 saylı qərarı ilə tənzimlənir. Qeyd edək ki, müddəti 2020-ci ilin dekabr ayınadək qüvvədə olan həmin qərar yenidən nəzərdən keçirilib və vaxtı uzadılıb.
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün icra olunan yol xəritələrində ixracın təşviqinə xüsusi yer ayrılıb. Sektorun inkişafına təkan verən məhsulların yerli istehsalını artırmaq üçün onları xaricə ixrac edən zaman dəyərinin müəyyən məbləği geri qaytarılır. Məsələn, yumurta, təbii bal, xurma, nar, zeytun, yağ, şirələr, meyvə-tərəvəz məhsullarını xaricə çıxaran zaman gömrük dəyərindən həmin malın dəyərinin müəyyən faizi hesablanaraq ixracatçıya geri qaytarılır. İxrac təşviqinin baza məbləği 3% təşkil edir. Əlavə olaraq məbləğə 1 və 2 əmsalları da tətbiq olunur.
Misal 1: 100.000 manat dəyərində meyvə-tərəvəz ixrac edən ixracatçıya 3000 manat geri qaytarılır və 1 əmsalı tətbiq olunur.
100.000 x 3% = 3000 manat
3000 x 1 = 3000 manat.
Misal 2: xaricə ixrac edir. Tutaq ki, ixracatçı bir əməliyyat çərçivəsində 100.000 manat dəyərində istehsal etdiyi şirəni xaricə çıxarıb. Şirələrin ixracında 2 əmsalı təqbiq olunur:
100.000 x 3% = 3000 manat
3000 x 2 = 6000 manat.
Bu zaman ixracatçı həmin məhsula görə 6000 manat vəsaiti ixrac təşviqi kimi geri alacaq.
Vergi Məcəlləsinin 102.1.35-ci maddəsində göstərilib ki, fiziki şəxslərin ixrac təşviqi sənədinə əsasən əldə etdiyi məbləğ gəlir vergisindən azaddır. Məcəllənin 106.1.27-ci maddəsinə əsasən, hüquqi şəxslərin ixrac təşviqinə görə əldə etdiyi gəlirlər mənfəət vergisindən azaddır və həmin məbləğlər sadələşdirilmiş vergi və əlavə dəyər vergisinə cəlb olunmur. Dövlət vəsaiti hesabına, yəni ixrac təşviqinə uyğun olaraq ixracatçıya qaytarılan məbləğlər vergi öhdəliklərindən azaddır.


Fərqanə Allahverdiqızı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?