15 Sentyabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bayram təbriki

Əziz həmvətənlər!

İslam aləminin təxminən 1400 ilə yaxındır böyük təntənə ilə qeyd etdiyi, nəsillərin nəsillərə böyük bir fədakarlıq rəmzi kimi ötürdüyü, dəyişməyən bir duyğu ilə ürəklərimizdə yaşayan Qurban bayramı insanların bir-birinə diqqət və həssaslıq göstərdiyi, bir-biri ilə Allahın verdiyi qisməti bölüşdüyü müqəddəs bir gündür.

Bu əziz gündə qurbanlarınızın və dualarınızın qəbul olmağını arzulayır, hər birinizə möhkəm cansağlığı, könül xoşluğu, iş avandlığı diləyirik!