1 Dekabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azərbaycanın vergi jurnalı"nın növbəti sayı çap olunub

"Azərbaycanın vergi jurnalı"nın növbəti - 2022,№ 1 (142) sayı dərc olunub. Bu sayda aşağıdakı mövzularda elmi məqalələrlə tanış ola bilərsiniz:
- Kölgə iqtisadiyyatının xüsusi çəkisinin faydalılıq funksiyası əsasında qiymətləndirilməsinin fazzi modeli
- Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin diversifikasiyasının Herfindal-Hirşman İndeksi vasitəsilə qiymətləndirilməsi
- Равновесная процентная ставка и развитие инноваций
- Azərbaycanın makroiqtisadi göstəricilərinin dövlət büdcəsi, dövlət borcu və tədiyə balansı göstəriciləri çərçivəsində təhlili
- Improving the efficiency of the use of the human factor in the national economy

Qeyd: "Azərbaycanın vergi jurnalı" (AVJ) 2003-cü ildə təsis edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşr olan bu jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alınmış (ISSN 2305-462X) və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
"Azərbaycanın vergi jurnalı"nda əsasən, vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Jurnalda həmçinin iqtisadiyyatın digər sahələri ilə bağlı yazılmış orijinal məqalələrin dərcinə də yer verilir.
Jurnalda Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr dərc edilir.

İqtisadiyyatKOB-ların inkişafı, yaşıl iqtisadiyyatın genişləndirilməsi üzrə yeni çağırışlar müzakirə edilib İqtisadiyyatMikayıl Cabbarov: Kiçik və orta biznesin inkişafı bizim üçün prioritetdir VergiTest imtahanından uğurla keçən namizədlər üçün müsahibə keçiriləcək VergiMənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri İqtisadiyyatƏminə Erdem: “Azərbaycanda qadınların sahibkarlıqla məşğul ola bilməsi üçün böyük imkanlar var” VergiMüharibə veteranlarının əməkhaqqından sığorta haqları necə tutulur? Vergiİkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya layihəsi müzakirə olunub İqtisadiyyatAzərbaycan-Türkmənistan iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb İqtisadiyyatÖlkədaxili nağdsız əməliyyatların həcmində artım qeydə alınıb Vergiİctimai təşkilata ayrılan qrant dövlət büdcəsindən maliyyələşmə hesab edilirmi?