10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans keçirilib

Kiçik və orta sahibkarlıq fəaliyyəti inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi artım və məşğulluğun təmin edilməsinin həlledici amillərindən biri sayılır. Azərbaycanda da iqtisadiyyatın diversifikasiyası, məşğulluğun təmin edilməsi, istehlak mallarına tələbatın yerli resurslar hesabına ödənilməsi baxımından bu sahənin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin əsas hərəkətverici amilə çevrilməsi həm də davamlı iqtisadi inkişafın təmin edilməsində qarşıda duran əsas çağırışlardandır.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ölkəmizdə bu sahədə görülən işlərə dəstək məqsədilə Rusiya Federasiyasının Çita şəhərində onlayn rejimdə keçirilmiş 11-ci beynəlxalq elmi-praktik konfransda birgə təşkilatçı qismində iştirak edib. Konfrans Zabaykal Dövlət Universitetinin Ali İqtisad Məktəbinin direktoru, “Tenevaya Ekonomika” elmi-praktik jurnalının baş redaktoru, iqtisad elmləri doktoru, professor Vitali Burovun təmsil etdiyi elm-tədris qurumları ilə birgə əməkdaşlıq çərçivəsində Zabaykal vilayətinin Qanunvericilik Məclisi, İqtisadi İnkişaf Nazirliyi, Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil, Zabaykal Dövlət Universitetinin “İqtisadiyyat, idarəetmə və sahibkarlıq ali məktəbi” elmi tədqiqat institutu, İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən “Kiçik sahibkarlığın iqtisadi məktəbi: dövlətin kölgə iqtisadiyyatına qarşı mübarizə sisteminin yaranması və inkişafinın nəzəri və təcrübi əsasları” elmi məktəbinin “Cəmiyyət yeni çağırışlar şəraitində” mövzusunda təşkil edilib. Xüsusi proqram vasitəsilə konfransa beş ölkəni - respublikamız da daxil olmaqla, Rusiya, Çin, Tailand və Özbəkistanı təmsil edən 100-ə yaxın tədqiqatçı, o cümlədən 12 nəfəri elmlər doktoru olan 50-yə yaxın alim qoşulub.

Konfransda iqtisadi böhran şəraitində inkişaf, biznesin vəziyyəti, sahibkarlığa dövlət dəstəyi, vergi sisteminin transformasiyası, kölgə iqtisadiyyatı və onun miqyasının müəyyən edilməsi, bu sahədə beynəlxalq təcrübə, elmi-nəzəri tədqiqatlar və digər aktual mövzular üzrə müzakirələr aparılıb.

Konfransda DVX-nin Tədris Mərkəzi tərəfindən “Pandemiya dövründə Azərbaycan Respublikasında iqtisadi sabitliyin təmin edilməsində kölgə iqtisadiyyatı ilə mübarizənin aparılmasının rolu" mövzusunda məruzə təqdim edilib. Məruzədə son illərdə Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri, bu sahədə əldə olunmuş müsbət nəticələr və bunun dövlət büdcəsinə daxilolmaların artmasına təsiri barədə məlumat verilib. Məruzədə həmçinin Azərbaycan dövlətinin pandemiya şəraitində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində əhalinin aztəminatlı hissəsinə göstərilən maliyyə yardımı, iqtisadi cəhətdən zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri, o cümlədən vergi qanunvericiliyinə bu istiqamətdə edilən dəyişikliklər, habelə vergi güzəştləri, tətilləri və s. bu kimi mühüm məsələlər öz əksini tapıb.

Tədris Mərkəzi bundan sonra da beynəlxalq bilik və təcrübənin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?