28 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xüsusi karantin rejiminin sərtləşdirildiyi 16 şəhər və rayon üzrə 287 min şəxsə birdəfəlik 190 manat ödəniləcək

Daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.

Onu da bildirək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir?