Mikayıl Cabbarov: Sənaye zonalarında yeni müəssisələr açılacaq
Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında yeni müəssisələr açılacaq.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi mətbuat konfransında deyib.
"Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 150-200 milyon dollarlıq layihələrin başlanması üçün danışıqlar aparılır. Sentyabrda SKSP-da yeni nəsil layihələrə başlanıla bilər”, - deyə nazir qeyd edib.