17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarəti 1,3 trilyon dollara çatıb

Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarəti 1,3 trilyon dollara çatıb

Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi tərəfdaş ölkələrlə ticarət dövriyyəsinin ümumi məbləği ötən il 9,2 trilyon yuana (1,3 trilyon ABŞ dolları) çatıb. Bu barədə Çin Baş Gömrük Administrasiyası məlumat yayıb. Bildirilir ki, Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ötənilki ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 10,8 faiz artıb.
Statistikaya əsasən, Çinin 2014-2019-cu illər üzrə "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 6,4 trilyon dollardan çox olub. Çin strategiya üzrə 25 tərəfdaş ölkənin ən böyük ticarət tərəfdaşıdır.

Qeyd edək ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasında özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və nəqliyyat-logistika potensialı ilə vacib rol oynayır. Bu təşəbbüs, eyni zamanda, iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir, müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Prezident İlham Əliyevin keçən ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu çərçivədə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini göstərir.
Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz “Bir kəmər, bir yol”un icrası baxımından böyük əhəmiyyət daşıyır. Ötən ilin 10 ayının nəticələrinə əsasən, Azərbaycanla Çinin ticarət dövriyyəsi təxminən 2 dəfə artıb.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?