Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minədək artıb
16 Yanvar 2020 13:18
2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minədək (18,3 faiz) artıb. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.