5 Oktyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səkkiz ayda pərakəndə ticarət şəbəkəsində 24,2 milyard manatlıq məhsul satılıb

Yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 24,2 milyard manata bərabər olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri keçən ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,2 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Səkkiz ayda istehlak məhsullarının dəyər ifadəsində 20,6 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,1 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,2 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya əvvəlki ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

İqtisadiyyatVüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz genişlənməkdədir" İqtisadiyyatMaksim Reşetnikov: "Azərbaycan Rusiyanın ənənəvi tərəfdaşıdır" VergiVergi sisteminin qiymətləndirilməsi 3 əsas altindikator üzrə aparılacaq VergiHesabat dövründə sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicisi nə etməlidir? VergiVergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib İqtisadiyyatRüfət Quliyev: IGB çox mühüm strateji layihədir İqtisadiyyatBu ilin 9 ayında Azərbaycan nefti 11 faizdən çox bahalaşıb Ekspert Rəyiİdxalı ƏDV-dən azad edilən malların satışı zamanı nələrə diqqət yetirilməlidir? VergiFiziki şəxslərdən kənd təsərrüfatı malları hansı qaydada alınmalıdır? İqtisadiyyatHans Holzhaker: “Azərbaycanın  nəqliyyat qovşağı kimi böyük potensialı var”