1 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət borcunun və zəmanətlərinin uçotu daha effektiv aparılacaq

Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" dakı tapşırığın icrası üçün Maliyyə Nazirliyi və BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması, Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə layihə sənədi imzalanıb. Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və Nazirliyin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihə müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə dolğun borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi, eləcə də borc məlumatlarını daha effektiv təhlili əsasında funksional çərçivə üzrə strateji məqsədlərə nail olmağa töhfə verəcək. Bundan başqa, layihə dövlət borcunun və zəmanətlərin hesabatlılığının təkmilləşdirilməsini hədəfləyir.

UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir. Eyni zamanda, DMFAS borc idarəetmə prosedurlarını asanlaşdırır, beynəlxalq və ölkə səviyyəsində hesabatların daha şəffaf və dəqiq hazırlanmasına şərait yaradır.

Hazırda DMFAS proqramı 60-a yaxın ölkənin Maliyyə Nazirliklərinə və Mərkəzi Banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.

VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb