9 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda beynəlxalq sərgi keçiriləcək

Sentyabrın 12-14 tarixlərində Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi (“Adprint 2019”) keçiriləcək. “Caspian Event Organisers”dən verilən məlumata görə, ölkənin və regionun yeganə ixtisaslaşmış sərgiləri həm yerli, həm də xarici mütəxəssisləri öz meydançalarında bir araya gətirir. Builki sərgidə müxtəlif ölkələrdən 43 şirkət iştirak edəcək.

“Gift & Promo Fair” sərgisində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə, əsasən, mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. “AdPrint” - 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz platformasında sənaye yeniliklərini, eləcə də reklam və çap işləri sahəsinin innovativ məhsul və xidmətlərini təqdim edəcək.

Sərgilər çərçivəsində keçiriləcək müxtəlif görüşlər, panel müzakirələr, müsabiqələr, ustad dərsləri və promo-defile Azərbaycanda reklam, çap və promo səhələrinə marağın artmasında təkan verəcək. Belə ki, sərginin ilk iş günündə xüsusi dəvət edilən sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi keçiriləcək. Sentyabrın 12-də sərgi iştirakçılarının yeni məhsullarının təqdimatı, 13-də isə promo sənayesinin nümayəndələri ilə potensial sifarişçilər arasında “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Sentyabrın 14-də iştirakçı şirkətlərin promo geyim və məhsullarının müxtəlif modellərdə nümayiş olunacağı promo-defile təşkil ediləcək.
Sərgilər haqqında ətraflı məlumatı adprint.az və giftfair.az saytlarından əldə etmək olar.

VergiMüəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır? VergiRüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi? VergiFiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması VergiAlış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu? VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər?