13 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Başqa dövlətin ərazisində iş axtarışında olan miqrantlara yardım sistemi yaradılır

Sentyabrın 9-da Minskdə, MDB İcraiyyə Komitəsində MDB ölkələri vətəndaşlarının Birliyin hər hansı ölkəsinin ərazisində müvəqqəti əmək fəaliyyəti ilə məşğul olmaları üçün mütəşəkkil toplanması və cəlb edilməsi barədə saziş layihəsinin nəzərdən keçirilməsi üzrə ekspert işçi qrupunun iclası keçirilib. MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verir ki, görüşdə ekspertlər sazişin mətninə üzv ölkələrdən daxil olmuş irad və təklifləri nəzərdən keçiriblər, sənədi təkmilləşdirərək razılaşdırıblar.

İclasın yekun materiallarının MDB ölkələrinin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məsləhət Şurasının üzvlərinə və Şurada müşahidəçi qismində iştirak edənlərə göndərmək və çoxtərəfli hökumətlərarası saziş formatında sənəd layihəsi barədə məsələni Şuranın növbəti iclasına çıxarmaq qərara alınıb. Saziş layihəsi başqa dövlətin ərazisində iş axtarışında olan miqrantlara yardım sisteminin yaradılmasına yönəldilib. Bunlar miqrantların məlumatlandırılması, peşə hazırlığı, seçilməsi, onların vətənə göndərilməsi, yəni hazırda dünyada bir çox ölkələr tərəfindən reallaşdırılan müəyyən məsələlər kompleksi ilə bağlıdır. Miqrantların mütəşəkkil toplanması onların işə düzəlməsinin yetərincə geniş yayılmış formasıdır.

Saziş layihəsi maliyyə məsələlərini əhatə etmir, çünki onun əsas məqsədi təşkilati məsələdir. Sənəd miqrantlar üçün iş seçilməsi, onların immiqrasiyadan əvvəlki hazırlıq səviyyəsi, mütəşəkkil seçilməsi və işə düzəlməsi prosesinin işıqlandırılması sahəsində Birlik ölkələrinin səlahiyyətli orqanlarının qarşılıqlı fəaliyyətinin yeni istiqamətlərini nəzərdən keçirir.

Sənədin icrası MDB ölkələrində işçi qüvvəsinin təşkil edilməsi, tənzimlənməsi, mübadiləsi və ondan rasional istifadə olunması üçün hüquqi və institusional şəraitin yaradılmasına, habelə hər bir dövlətin milli əmək bazarının sosial-iqtisadi maraqları və tələbləri nəzərə alınmaqla işçi qüvvəsinin Birlik ölkələri ərazilərində sərbəst yerdəyişməsinə kömək edəcək.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?