10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın həyata keçirdiyi daha bir meqa layihə yekunlaşmaq üzrədir

Artıq "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq ərəfəsindədir. Bu barədə məlumat verən Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır. Bildirilib ki, dünyanın ən iri qaz kondensat yataqlarından biri olan “Şahdəniz”lə bağlı 93 faiz, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisilə bağlı 88,8 faiz irəliləyiş əldə edilib: “Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin maliyyələşdirməsində Azərbaycanın payı 1/4 qədər, yəni 10,1 milyard ABŞ dollarına yaxındır. Bu vəsaitin 97 faizi həm yerli ehtiyatlar, həm də kənardan cəlb edilmiş vəsaitlər hesabına artıq yatırılıb”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1.800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP Bolqarıstanın qaz ehtiyacının 33 faizini, Yunanıstanın 20 faizini, İtaliyanın isə təxminən 10,5 faizini qarşılayacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?