9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işləri 44 faizədək başa çatıb

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işləri 44 faizədək başa çatıb

Azərbaycan Dəmir Yolları (ADY) Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işləri davam etdirir.

ADY-dən bildirilib ki, hazırda layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını başa çatıb.

Ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.

Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, bölgənin sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə “Böyük Qayıdış” prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?