12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş nazirin müavini: “Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisi gələn ilədək başa çatdırılacaq”

Azərbaycan yaxın qonşuları olan Rusiya və İranla daxili işlərə qarışmamaq şərtilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir.

Bu sözləri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan hər iki qonşusu ilə həm üçtərəfi, həm də ikitərəfli formatda əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir.

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən 3+3 formatında əməkdaşlıq region ölkələrinin iqtisadi inteqrasiyası üçün daha böyük imkanlar yaradır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətlərinin iqtisadi inteqrasiyasına böyük dəstək verməklə yanaşı onların inkişafını da təmin edəcək. Dəhlizlə yükdaşıma cari ilin ötən dövrü ərzində 8,3 faiz artıb. Azərbaycan dəhlizin fəaliyyətinin artırılması üçün böyük infrastruktur layihələr həyata keçirib. Astaraçay üzərində avtomobil və dəmir yolu körpüləri tikilib, İranın Astara şəhərində tikintisi Azərbaycan tərəfindən həyata keçirilən Cənub Yük Terminalı yekunlaşmaq üzrədir. Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisinin isə gələn ilədək yekunlaşdırılması planlaşdırılır”, - deyə Ş. Mustafayev qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi həm Şərq-Qərb, həm də Körfəz ölkələri ilə Qara dənizi əlaqələndirəcək.

Şahin Mustafayev həmçinin, Orta Dəhlizin əhəmiyyətinə də toxunub: “2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Dəhliz üzrə tranzit müddətləri isə nəzərəçarpacaq dərəcədə azalıb”, - deyə Baş nazirin müavini vurğulayıb.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?