10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət rüsumunun büdcəyə köçürülməsinə nəzarət və uçotun təşkili rəqəmsallaşdırılır

Nazirlər Kabineti “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Əsasnamə “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Sistem rəqəmsal və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə dövlət rüsumu tutan orqanların (qurumların) fəaliyyətini, eləcə də fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrin operativ, səmərəli və şəffaf olmasını təmin edir, habelə göstərilən xidmətlərin və saxlanılan məlumatların sistemli və əlçatan olmasına xidmət edir.

Sistemin tətbiqi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, aidiyyəti orqan (qurum) tərəfindən dövlət rüsumunun hesablanmış daxilolmaları ilə bağlı məlumatların real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və həmin müraciətlərə dair aidiyyəti üzrə baxılması prosedurunun səmərəliliyinin artırılmasını, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə nəzarətin və uçotun təşkil olunması proseslərinin rəqəmsallaşdırılmasını və optimallaşdırılmasını, dövlət rüsumu üzrə hesablanmış daxilolmalar barədə hesabatlılığı təmin edir.

Sistemin sahibi və operatoru Maliyyə Nazirliyidir.

Sistemin idarə olunması, inkişafı və fəaliyyəti ilə bağlı xərclər dövlət büdcəsi, qanunla nəzərdə tutulan hallarda xidmət haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

AZƏRTAC

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?