18 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları” təsdiq edilib

Nazirlər Kabinetinin Qərarına əsasən, “Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları” təsdiq edilib.

Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 13.6-cı maddəsinə uyğun olaraq hazırlanıb və həmin Məcəllənin 11.8-ci, 12-ci, 13.1-ci, 13.3-cü və 14.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, təsərrüfat subyektləri arasında bağlanılmış sazişlərin istisna edilməsi və ya az əhəmiyyətli olmasının Məcəllənin 13.2-ci maddəsinə əsasən müəyyən edilən meyarlar əsasında təsdiqlənməsi qaydasını müəyyən edir.

Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Qaydalara əsasən, saziş iştirakçıları arasında saziş bağlanıldığı andan etibarən bağlanılmış sazişin istisna edilməsi məqsədilə saziş iştirakçılarından hər hansı biri könüllü əsaslarla yazılı şəkildə rəqabət orqanına müraciət edə bilər. Rəqabət orqanı tərəfindən qaldırılan iş sazişin predmeti ilə əlaqəli olduqda saziş iştirakçılarından ən azı biri barəsində iş qaldırılması ilə bağlı qərarın işin tərəflərinə təqdim edilməsindən etibarən 30 gün ərzində sazişin istisna edilməsi məqsədilə saziş iştirakçılarından hər hansı biri müraciət edə bilər.

Qaydaların 2.2-ci bəndinin tələbləri pozulduğu halda sazişin istisna edilməsi ilə bağlı saziş iştirakçılarının hər hansı biri tərəfindən verilən vəsatətin qəbul edilməsi rəqabət komissiyasının müvafiq qərarı ilə həyata keçirilir. Sazişlərin istisna edilməsi üçün rəqabət orqanına və ya rəqabət komissiyasına müraciət edilərkən (vəsatət verilərkən), müraciətin (vəsatətin) mətnində sazişin iştirakçıları, predmeti, mahiyyəti, planlaşdırılan davametmə müddətləri, texniki və iqtisadi xüsusiyyətləri, tətbiq edildiyi coğrafi ərazi və saziş iştirakçılarının hüquqi ünvanları göstərilməlidir. Müraciət bir sazişin istisna edilməsi ilə bağlı edilir. Eyni müraciətə yalnız mahiyyət və predmet baxımından onunla əlaqəli olan saziş və ya sazişlər əlavə oluna bilər.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?