10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kəlbəcər şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO

Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il may ayının 27-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı qoyulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0,7-1,5 metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12-18-24-30 metr olaraq dəyişir.

Qeyd edək ki, ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.

Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 km uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb, hazırda təqribən 3,6 km hissədə torpaq işləri həyata keçirilir.

Bundan başqa, küçələr boyu kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaq üzrədir.

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?