17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xocalı Hava Limanının infrastrukturu inkişaf etdiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Samir Rzayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat veriblər.

Qeyd edək ki, Xocalı rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib.

Bildirildi ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Məlumat verilib ki, Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.

Diqqətə çatdıraq ki, işğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən işlər arasında hava nəqliyyatı infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının xüsusilə diqqət mərkəzində saxladığı bu sahədə görülən işlər nəticəsində Vətən müharibəsindən qısa müddət sonra – 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikintisinin isə bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Xocalı Hava Limanında görüləcək işlər bölgənin inkişafına əlavə töhfə verəcək.

AZƏRTAC

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?