16 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vladimir Putin: “Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir”

“Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir”.

Bu fikri iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.

“Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik”, - deyə Rusiya dövlətinin başçısı qeyd edib.

V.Putin bildirib ki, Azərbaycan və Rusiya öz münasibətlərini gündən-günə daha çox şaxələndirir.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin 4,6 milyard dollar olduğunu vurğulayan Rusiya dövlətinin başçısı deyib: “İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk. Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, - Rusiyada biz bu əhvali-ruhiyyədəyik, - nəticələr yaxşı olacaq”.

Prezident Putin deyib: “Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər ki, buradan da yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək”.

Bu nəqliyyat dəhlizinin Süveyş kanalı ilə müqayisədə yüklərin çatdırılmasını təxminən on gün azaldacağını vurğulayan Vladimir Putin deyib: “Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq”.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?