13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır VİDEO

Cəbrayıl şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilən mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. Cəbrayıl şəhərinin şimalında yerləşən quyu zonasında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq, şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Layihə çərçivəsində Cəbrayıl şəhərində ümumi tutumu 7 min kubmetr olan 6 ədəd su anbarı inşa ediləcək. Hazırda 2 min kubmetr tutumu olan su anbarının və suyun Cəbrayıl şəhərinə çatdırılmasını təmin etmək üçün 3 km uzunluğunda magistral su kəmərinin, həmçinin tullantı sularının təmizləyici qurğuya ötürülməsini təmin edən 6 km uzunluğunda kanalizasiya kollektorunun inşası davam etdirilir.

Cəbrayıl şəhərində 52 km içməli, 38 km tullantı və 40 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Təmizləyici qurğu və kollektor Cəbrayıl şəhəri ilə yanaşı, bəzi kəndlərin də tullantı sularının toplanaraq təmizlənməsinə imkan verəcək.

Cəbrayıl şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemi ilə təmin ediləcək.

Yaxın vaxtlarda Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinə məskunlaşmanın başlanması nəzərə alınaraq həmin kəndlərdə su təchizatı sistemlərinin yaradılmasına hazırlıq işləri görülür.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?