12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş yeni qızıl sikkə buraxılıb

“AzerGold” QSC yerli qızıldan ən yüksək keyfiyyət hesab edilən 999,9 əyarda istehsal edilən yeni qızıl sikkə nümunəsini təqdim edib.

QSC-dən verilən məlumata görə, yeni sikkə xalqımızın Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramını əks etdirən, onun zəngin mənəvi irsini yaşadan, xeyirxah və nəcib təşəbbüsləri ilə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünə həsr olunub.

Heydər Əliyev Fondunun zəngin və çoxşaxəli fəaliyyətini tərənnüm edən sikkənin üzərində Fondun loqosu təsvir olunub. Loqonu haşiyəyə alan, günəşin şəfəqlərini xatırladan həndəsi xətt və fiqurlar həyatı, işığı, həmçinin zamanı ifadə edir. Dizayn elementləri Heydər Əliyev Fondunu humanizm, mərhəmət simvolu kimi xarakterizə edir. Təsvir sikkənin yuxarı və aşağı hissəsində yubileyi ifadə edən “20” ədədi ilə tamamlanır.

20 qramlıq çəkidə istehsal edilmiş yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi keçmişi, incəsənəti, mədəni irsi və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi və sərfəli investisiya alətidir.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?