13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyində bir sıra televizya işçiləri və Nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaradıb. Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, televiziya və radio xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət elm, təhsil nümunələrini Azərbaycan izləyicisinə çatdırır. O cümlədən, iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin, sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin mühüm töhfələri, böyük zəhməti var.

Elnur Əliyev İqtisadiyyat Nazirliyi adından bu sahədə əməyi olan bütün teleradio işçilərinə təşəkkürünü ifadə edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər.

Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya işçiləri Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi təqdim edilib.

Hədiyyələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən ənənəvi İncəsənət Mərkəzinin ən füsunkar milli ornament elementlərimizdən olan nar əsasında işlənmiş unikal sənətkarlıq nümunələrindən ibarət olub. Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkaşlığın nəticəsi olaraq 2012-ci ildən fəaliyyət göstərir.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?