9 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin əməkdaşı medalla təltif edilib

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, hüquq elmləri doktoru, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov görkəmli hüquqşünas Cahangir Kərimovun 100 illiyi münasibətilə təsis edilmiş medalla təltif olunub.

Görkəmli hüquqşünas Cahangir Kərimov SSRİ və digər
ölkələrin orden və medalları ilə təltif olunub. 700-dən
artıq elmi broşür, məqalə, 40 monoqrafiyanın müəllifidir

M.Kazımovun sözlərinə görə, bu medal bir sıra azərbaycanlı alimlərə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və Rusiya Milli Elmlər Akademiyasının vitse-prezidenti Taliya Xabriyeva tərəfindən təqdim edilib: “Hüquq sahəsi mənim üçün hər zaman maraqlı olub. Bu sahənin bilicilərindən sayılan Cahangir Kərimov uzun müddət Rusiyada yaşayıb və bu ölkənin görkəmli hüquqşünaslarından biri kimi tanınıb. Cahangir Kərimov SSRİ dövründə deputat, həm Azərbaycan, həm SSRİ, həm də Rusiya Federasiyası Milli Elmlər Akademiyasının həqiqi üzvü olub. Bu, artıq hüquqşünaslığın zirvəsi deməkdir. O həm də SSRİ Konstitusiya Məhkəməsinin yaradıcılarından biri olub”.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?