13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək

Prezident İlham Əliyev “Əlicançay su anbarının tikintisi haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə qərara alınıb ki, Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikilsin.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməli, Əlicançay su anbarının tikintisi nəticəsində içməli su ilə təmin ediləcək yaşayış məntəqələri və suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulan əkin sahələri üzrə prioritetləşdirmə aparmaqla, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini 5 ay müddətində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya təqdim etməlidir.

Sərəncamla İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarına (qurumları) Əlicançay su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?