21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oyuncaqların təhlükəsizliyinə dair seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) TAIEX layihəsi çərçivəsində Avropa Parlamentinin və Şurasının 18 iyun 2009-cu il tarixli 2009/48/EC nömrəli “Oyuncaqların təhlükəsizliyi” direktivi əsasında “Oyuncaqların təhlükəsizliyi üzrə milli texniki reqlamentin hazırlanması” mövzusunda seminar keçirilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, seminarda təlimçi kimi Aİ-dən olan ekspertlər - Belçikanın İqtisadiyyat Nazirliyinin keyfiyyət və təhlükəsizlik üzrə baş direktoru, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Maureen Logghe və Litvanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyinin (SCRPA) baş məsləhətçisi Aleksas Zalpys çıxış ediblər.

4-6 iyul tarixlərində keçirilən seminar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planı çərçivəsində baş tutub.

Sözügedən direktiv oyuncaqların fiziki-mexaniki, kimyəvi, radioaktiv, gigiyenik, alışqanlıq xassələrinə dair tələblərə, həmçinin, bu direktiv əsasında uyğunluğun qiymətləndirilməsi prosedurlarına şamil edilir.

Seminarda Avropa Şurasının “Oyuncaqların təhlükəsizliyi üzrə” 2009/48/EC Direktivində göstərilən təhlükəsizlik tələbləri, texniki sənədləşdirmə, istinad standartları, risklərin qiymətləndirilməsi, direktiv üzrə oyuncaqların uyğunluğunun qiymətləndirilməsi, uyğunluq bəyannaməsinin tətbiqi, uşaq oyuncaqları üzrə bazara nəzarətin aparılması və digər mövzular üzrə müzakirələr aparılıb.

Seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Xidmətin tabeliyində olan qurumların və digər dövlət qurumlarının 20-dan çox nümayəndəsi iştirak edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?