5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tbilisidə IOTA-nın 27-ci Baş Assambleyası keçirilib

İyunun 28-də Tbilisidə Gürcüstanın Gəlirlər Xidmətinin sədrliyi və ev sahibliyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 27-ci Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

“Beynəlxalq vergi sisteminin və vergi administrasiyalarının transformasiyası” mövzusuna həsr edilmiş sessiyada bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və üzv ölkələrin vergi administrasiyaları ilə qarşılıqlı məlumat mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunub.

Sessiya keçirildiyi binada bir sıra ölkələrin vergi xidmətlərinin fəaliyyətini, iqtisadi göstəricilərini əks etdirən guşələr yaradılıb. Azərbaycan guşəsində ölkəmizin iqtisadi potensialı, vergi xidmətinin təşkili, qəbul olunmuş proqram və nəzərdə tutulmuş layihələr barədə məlumatlar əksini tapıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması