19 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Media nümayəndələri üçün təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb

İqtisadiyyat Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələrinə və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili qeyd edib ki, Azərbaycanda Ulu Öndərin əziz xatirəsi daim böyük ehtiram və minnətdarlıqla yad edilir. Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, olduqca önəmli, ibrətamiz və gələcək nəsillərə örnəkdir. Ümummilli Liderin irsinin dərindən araşdırılması və cəmiyyətə, eləcə də dünyaya çatdırılması gənc nəslin vətənpərvər və milli ruhda böyüməsində, Azərbaycan dövlətçiliyinin dünyada təbliğində mühüm rola malikdir. Bu baxımdan, medianın rolu xüsusi əhəmiyyət kəsb edir. Bunu müsabiqədə KİV nümayəndələrinin göstərdiyi fəallıq da əyani sübut edir. Müsabiqəyə təqdim edilən materiallarda Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif yönlərdən təhlili, faktların dolğun sadalanması, materialların zəngin məzmun təşkil etməsi, ilk növbədə, Heydər Əliyevə olan sevgidən irəli gəlir.

Amil Əlili müsabiqədə iştirak edən hər bir jurnalistə təşəkkürünü bildirib və qalibləri təbrik edib. Müsabiqə qalibləri hədiyyələrlə mükafatlandırılıb.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri