3 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün vahid məlumat portalı ideyası mükafat alıb

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"n məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.

İqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən çox layihənin qiymətləndirildiyi müsabiqədə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı Aqşin Əliyevin təqdim etdiyi "Sahibkarlar üçün ticarət əməliyyatlarının elektron məlumat portalı" ideyası "Ernest & Young" beynəlxalq audit şirkətinin xüsusi təltifinə layiq görülüb.

Aqşin Əliyev bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlayan və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ticarət əməliyyatları həyata keçirilərkən gömrük və vergi öhdəliklərinin miqdarı və tələb olunan sənədlər, fəaliyyət nəticəsində yaranacaq vergilər, dövlət xərcləri və s. haqqında vahid elektron məlumat portalı və mobil aplikasiyanın yaradılmasıdır. Layihənin başlıca ideyası Azərbaycanda ilk dəfə olaraq Vergi və Gömrük orqanlarının birgə işinin əlaqələndirilməsi nəticəsində vahid elektron məlumat portalının sahibkarların istifadəsinə verilməsini ehtiva edir.


Fəxriyyə İKRAMQIZI

VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb