13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarla görüş keçiriləcək

İyunun 7-də İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçiriləcək.

AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, Bakı KOB evində təşkil olunacaq görüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli 102 nömrəli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş dəyişikliklər, müvafiq gömrük prosedurundan istifadə icazəsinin alınması üçün müraciət edilməsi zamanı tələb olunan sənədlər, eləcə də ümumilikdə qaydalar barədə məlumatlandırma işlərinin aparılması, həmin prosedurdan istifadə edən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə təşkil olunur.

Görüşdə iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər: Əlaqələndirici şəxs: Orxan Mustafayev;

Tel.: (+994 12) 598-01-47 / 48 (daxili 3665);

E-mail: [email protected].

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?