18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Saatlı Vergi ödəyicilərinə xidmət mərkəzi bir müddət fəaliyyət göstərməyəcək

Mayın 30-dan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Saatlı rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzi texniki səbəblərlə əlaqədar bir müddət fəaliyyət göstərməyəcək.

Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata əsasən, Saatlı rayonu üzrə 5 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün 5 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Şirvan şəhəri, Naxçıvan küçəsi, 162 (5 saylı ƏVİ-nin inzibati binası) (iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Salyan rayonu, Heydər Əliyev prospekti (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Sabirabad rayonu, İ.İsgəndərov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Hacıqabul rayonu, İ.Qayıbov küçəsi, 15 (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Neftçala rayonu, Heydər Əliyev prospekti, 35 (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Vergi xidmətlərinin əsasən elektronlaşdırıldığını nəzərə alaraq, vergi ödəyiciləri onlara lazım olan xidmətlərdən elekton formada da faydalana bilərlər.

Saatlı Vergi ödəyicilərinə xidmət mərkəzinin yenidən fəaliyyətə başlayacağı vaxt barədə əlavə məlumat veriləcək.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?